Modern.az

Azərbaycanda özəl pensiya fondları barədə qanun HAZIRLANIB

Azərbaycanda özəl pensiya fondları barədə qanun HAZIRLANIB

İqtisadiyyat

11 İyun 2025, 10:04

Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlanıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən məlumat verilib.

Açıqlamada bildirilir ki, Qeyri-dövlət pensiya fondları ilə bağlı hüquqi bazanın tam formalaşdırılması üçün “Qeyri-dövlət pensiya fondları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Məlumata görə, layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərir. Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.

Sizə yeni x var
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum