Azərbaycanda xarici valyutada kredit götürənlərin demək olar ki, hamısı Bakıda yaşayır. Mərkəzi Bankın may ayına olan statistikası göstərir ki, xarici valyuta ilə verilən kreditlərin 97%-i paytaxt sakinlərinin payına düşür.
Modern.az xəbər verir ki, ölkə üzrə xarici valyutada verilmiş kreditlərin ümumi həcmi 4 milyard 264 milyon manat təşkil edir. Bunun 4 milyard 137 milyon manatı yalnız Bakı şəhərində rəsmiləşdirilib. Bu, demək olar ki, valyuta kreditlərinin tamamı Bakılıların üzərində cəmlənib.
Bakıdan sonra ən yüksək göstərici Sumqayıta aiddir – burada cəmi 41,8 milyon manatlıq kredit verilib. Bu rəqəm paytaxtla müqayisədə təxminən 100 dəfə azdır.
Regionlarda vəziyyət daha da aşağı səviyyədədir:
Zaqatala – 26,8 milyon manat
Gəncə – 18,5 milyon manat
Şirvan – 10,9 milyon manat
Qazax, Ağdaş, Quba, Qəbələ və Xaçmazda bu rəqəm 2–4 milyon manat arasındadır.
Bu fərqin əsas səbəbi xarici valyuta ilə kreditlərin daha çox iri biznes subyektləri və şirkətlər tərəfindən götürülməsi, onların isə əsasən Bakıda cəmləşməsi ilə izah olunur. Regionlardakı əhali isə valyuta riskinə görə bu növ kreditlərdən uzaq durur.