Modern.az

Azərbaycan neftinin qiyməti 2 dollara yaxın ARTIB

Azərbaycan neftinin qiyməti 2 dollara yaxın ARTIB

İqtisadiyyat

17 İyun 2025, 09:35

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,85 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,85 ABŞ dolları, yaxud 2,38 % azalaraq 75,79 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK