Modern.az

Ölkəmizdə qızıl istehsalı 64 faiz artıb

Ölkəmizdə qızıl istehsalı 64 faiz artıb

İqtisadiyyat

17 İyun 2025, 15:34

Cari ilin yanvar-may aylarında qızıl istehsalı 63,9 faiz artaraq 1297,8 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azalaraq 119,4 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 23,8 faiz artaraq 1686,9 kiloqram təşkil edib.

İyunun 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq 583,6 kiloqram qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı