Modern.az

Azərbaycanda ən yüksək maaşı bu sahədə çalışanlar alır - MƏBLƏĞ 

Azərbaycanda ən yüksək maaşı bu sahədə çalışanlar alır - MƏBLƏĞ 

İqtisadiyyat

17 İyun 2025, 16:02

Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manat təşkil edib.

Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4015,9 manat, qeyri neft-qaz sektorunda 1046,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051,6 manat, özəl müəssisələrdə isə 1151 manat olub.

Bəs Azərbaycanda ən yüksək maaşı hansı sahədə çalışanlar alır?

Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

 

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı