Modern.az

Azərbaycanın 73,5 milyard dollar valyuta ehtiyatı var

Azərbaycanın 73,5 milyard dollar valyuta ehtiyatı var

İqtisadiyyat

19 İyun 2025, 12:42

Cari ilin birinci rübündə strateji valyuta aktivləri 2,5 milyard dollar artaraq 73,5 milyard dollara çatıb.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov cari ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına dair keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, həmin dövrdə Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti təxminən 74 dollar, Azərbaycan təbii qazının 1000 kubmetrinin orta ixrac qiyməti isə 320 dollar təşkil edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!