Modern.az

Azərbaycan geniş regionda ən təhlükəsiz dəhlizdir

Azərbaycan geniş regionda ən təhlükəsiz dəhlizdir

İqtisadiyyat

25 İyun 2025, 14:38

Tək regionu deyil, bütün Avrasiyanı, Atlantik Okeanının şərq sahilləri boyu coğrafiyanı əhatə edən bu konfiliktlər, müanqişə və müharibələr bir çox ölkələr üçün problemlər yaratdığı kimi, bəzi ölkələrə əlavə dividentlər qazandırır.

Bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

O qeyd edib ki, müharibələr nəqliyyat dəhlizlərinə də ciddi təsir edir.

"Müəyyən dəhlizlərin logistik imkanları məhdudlaşdırılır, infrastruktur sıradan çıxarılır. Müəyyən dəhlizlər üçün isə əlavə potensial formalaşdırır. Hazırki məqamda Şərq-Qərb dəhlizi daha aktualdır. Bütün hallarda dəhlizlər ölkə üçün iqtisadi əhəmiyyət kəsb etsə də, Şərq-Qərb dəhlizinin Azərbaycana qazandırdığı dvidentlər iqtisadiyyatdan çox, geosiyasi əhəmiyyətə malikdir. Biz yük dövriyyələrinin həcmləri ilə bağlı rəqəmlərə, həmin rəqəmlər üzərindən ölkəmizə gələn valyutaya, eyni zamanda ölkəmizin ÜDM-sinin həcminə baxsaq, dəhlizin ÜDM-nin formalaşmasında böyük çəkiyə malik olmadığını görərik. Yəni bir dəhliz üzərində münaqişə, müharibə var və bu bizim ölkəyə milyardlar qazandıracaq deyə bir şey yoxdur. Sadəcə olaraq, bu zaman-zaman mərhələli şəkildə, uğurla davam edə biləcək bir prosesdir. Dəhliz infrastrukturları genişlənməlidir. Dəhliz strukturuna böyük həcmdə maliyyə vəsaiti qoyulmalıdır. Azərbaycan dövləti də uzun müddətdir ki, öz öhdəliklərini böyük məsuliyyətlə və uğurla icra etməkdədir. Əgər İsraillə İran arasındakı münaqişə qarşıdakı dövrdə də davam edərsə, təbii olaraq, bu, Şərq-Qərb dəhlizi istiqamətində Azərbaycana daxilolmalar təxminən 5-7 faiz arta bilər".

Ekspert vurğulayıb ki, Şimal Buzlu Okeandan, şimal qütbündən Hind okeanına qədər olan ərazidə Azərbaycanın olduğu meridian boyunca ən təhlükəsiz ərazi Azərbaycandır: "Bu sadəcə coğrafi avantaj deyil, həm də dövlətin apardığı uğurlu xarici siyasətin nəticəsidir".

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?