Modern.az

“Kapital Bank”da yeni təyinatlar

“Kapital Bank”da yeni təyinatlar

İqtisadiyyat

30 İyun 2025, 18:11

“Kapital Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə bankda bir neçə yeni təyinat baş tutub. Belə ki, İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı Cavid Mirzəyev Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib.

Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib. O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən etibarən fəaliyyətini “Kapital Bank” ASC-də davam etdirir. Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb. 2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür.

Müşahidə Şurasının növbəti qərarı ilə bankın Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri Ağarza Baxşiyevə də yeni səlahiyyətlər həvalə olunub. Belə ki, o, bankdakı fəaliyyətini İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı olaraq davam etdirəcək.

Qeyd edək ki, Ağarza Baxşiyev 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili alıb. Magistr təhsilini 2010-2013-cü illərdə Lozanna Universitetində (Université de Lausanne, İsveçrə) iqtisadiyyat üzrə tamamlayıb. Karyerasına 2007-ci ildə bank sektorunda başlayan Ağarza Baxşiyev 2012-2014-cü illərdə “Unibank”, 2014-2015-ci illərdə isə “DemirBank”da rəhbər vəzifələrdə çalışıb. 2015-ci ildən etibarən fəaliyyətini “Kapital Bank” ASC-də davam etdirir. Bu müddət ərzində o, ERM və Analitik şöbəsinin rəhbəri, Risk İdarəetmə üzrə direktor müavini və direktor, Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri kimi fəaliyyət göstərib.

Yeni qərarın ardından “Kapital Bank”ın İdarə Heyəti Fərid Hüseynovun rəhbərliyi ilə yeddi nəfərdən ibarət tərkibdə fəaliyyətini davam etdirəcək.

Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu