Modern.az

Azərbaycanda şəkər tozu BAHALAŞDI

Azərbaycanda şəkər tozu BAHALAŞDI

İqtisadiyyat

1 İyul 2025, 17:46

Azərbaycanda şəkər tozunun qiymətində son günlər qiymət artımı müşahidə olunur. 

Mövzu ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, bahalaşma bir neçə əsas amillə əlaqələndirilir. Onun sözlərinə görə, qiymət artımının ilk səbəbi mövsümi tələbatın artmasıdır:

“Qış fəslinə hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək məqsədilə şəkəri kisə ilə alır. Bu isə nəticə etibarilə, şəkər tozuna olan tələbatı əhəmiyyətli dərəcədə artırıb”.

O həmçinin vurğulayıb ki , bahalaşmaya təsir edən digər mühüm amil isə şəkərin daxili istehsalında müşahidə olunan ciddi azalmadır:

“Son illərdə ölkədə şəkər çuğundurunun becərilməsi tam şəkildə təşkil edilə bilmədiyindən, yerli istehsal xeyli aşağı düşüb. Azərşəkər zavodu mövcud olsa da, xammal baxımından tam təmin oluna bilmir. 
Bu da daxili bazarda şəkər qıtlığına səbəb olur”.

Ekspert əlavə olaraq bildirib ki, bu kimi çatışmazlıqlar əvvəllər də mövcud idi. Lakin hazırda vəziyyətə mövsümi amillər də əlavə olunduğundan şəkər tozunun qiyməti daha sürətlə bahalaşır.

Qeyd edək ki, Azərbaycanda hər il təxminən 50-55 min ton şəkər idxal olunur və bu göstərici üzrə artma meyli özünü hələ də göstərməkdə davam edir.

Aytac Bəhruzqızı

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu