Modern.az

Rusiya Azərbaycandan ən çox bu məhsulları alır

Rusiya Azərbaycandan ən çox bu məhsulları alır

İqtisadiyyat

7 İyul 2025, 09:01

Rusiya Azərbaycanın əsas qeyri-enerji ixracatının aparıcı alıcısıdır.

Modern.az xəbər verir ki, bu,RİA Novosti BMT-nin Comtrade platformasının məlumatlarını təhlil etdikdən sonra məlum olub.

Ötən il Zaqafqaziya respublikası 368,9 milyon dollarlıq plastik məmulat, 211,9 milyon dollarlıq qızıl, 177,1 milyon dollarlıq pambıq ixrac edib.

İlk ixrac məhsullarının onluğuna həmçinin ekzotik meyvələr (175,5 milyon dollar), pomidor (175,4 milyon dollar), avtomobillər (171,7 milyon dollar), qoz-fındıq (131,3 milyon dollar), gübrələr (126,2 milyon dollar), alüminium təbəqələr (110,1 milyon dollar) və quru meyvələr (99,4 milyon dollar) daxildir.

Rusiya bu məhsulların yarısının əsas alıcısıdır. Onun payına aşağıdakılar düşür: şaftalı, nektarin və albalı kimi məhsullar daxil olmaqla, Azərbaycanın meyvə ixracının 98%-i (97,1 milyon ABŞ dolları); 96% (168,7 milyon dollar) — pomidor; 87% (153,4 milyon) — ekzotik meyvələr; 64% (235,7 milyon) — plastik məmulatlar; 53% (70,2 milyon) — qoz-fındıq.

Hesablanıb ki, Azərbaycan sahibkarları Rusiya bazarına çıxışı itirsələr, təxminən 1,2 milyard dollardan məhrum ola bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi