Modern.az

Sərhəddə sığorta müqaviləsinin rəsmiləşdirilməsi asanlaşdı

Sərhəddə sığorta müqaviləsinin rəsmiləşdirilməsi asanlaşdı

İqtisadiyyat

7 İyul 2025, 15:42

İcbari Sığorta Bürosu xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini asanlaşdırmaq üçün yeni www.tpl.az onlayn platformasını istifadəyə verib.

Modern.az İSB-yə istinadən xəbər verir ki, yeni sistemin yaradılmasında məqsəd sərhəd-keçid məntəqələrində yerində sığortalama ilə bağlı yaranan gecikmələrin və sıxlığın qarşısını almaq, eləcə də xidməti daha əlçatan və operativ şəkildə təqdim etməkdir.

Yeni sistem istifadəçilərə sərhəd sığorta müqaviləsini ölkəyə daxil olmazdan əvvəl onlayn şəkildə əldə etməyə imkan yaradır. Bunun üçün istifadəçi platforma üzərindən zəruri məlumatları daxil edir, sığorta şirkətləri arasından seçim edir və elektron qaydada ödənişi həyata keçirir.

Platformanın əsas üstünlükləri:

• Sürətli və rahat onlayn rəsmiləşdirmə imkanı;

• İstifadəçinin rahatlığına uyğunlaşdırılmış funksionallıq

• Sığorta şirkətləri arasında seçim imkanı;

• Müqavilənin real vaxt rejimində yoxlanılması.

Yeni platformanın fəaliyyəti ilə bağlı xarici vətəndaşların maarifləndirilməsi istiqamətində işlərə başlanılıb.

Platforma Azərbaycan qanunvericiliyinə uyğun olaraq hazırlanıb və ölkənin rəqəmsal transformasiya siyasətinə töhfə verməklə xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi