Modern.az

Dünyanın ən çox satılan avtomobilləri

Dünyanın ən çox satılan avtomobilləri

İqtisadiyyat

7 İyul 2025, 18:10

2024-cü ilin ilk yarısında qlobal avtomobil bazarında dəyişikliklər yaşanıb. 2023-cü ilin ən çox satılan avtomobili olan Tesla Model Y, bu il liderliyini itirərək ikinci sıraya düşüb.

Modern.az xəbər verir ki, Toyota RAV4 isə 0,16% fərqlə Model Y-ni geridə qoyaraq 2024-cü ilin ən çox satılan avtomobili olub.

Toyota RAV4-ün hibrid və plug-in hibrid modelləri bazarda böyük maraqla qarşılanıb. Ətraf mühitə dost texnologiyalarla istehlakçıların diqqətini cəlb edən bu modellər RAV4-ün zirvəyə qalxmasında mühüm rol oynayıb. Yüksək yanacaq qənaəti və müasir dizaynı ilə də RAV4-ə böyük tələbat var.

Tesla Model Y-nin satışlarında müşahidə olunan azalma əsasən yeni versiyasının təqdimatı ilə bağlı gözləmələrdən qaynaqlanır. Alıcıların bu ilki modelə marağını azaldıb. Eyni zamanda Tesla-nın rəhbəri Elon Musk-ın bəzi siyasi açıqlamaları da markanın bazardakı imicinə mənfi təsir göstərib.

Bununla yanaşı, Tesla Model 3 sedanı, 2024-cü ilin ən çox satılan 10 avtomobili arasında 9-cu sırada yer alıb. Model 3-ün satışları 10 faiz artıb. Həmçinin, Çin istehsalı BYD Qin plug-in hibrid modeli də ilk 10-a daxil olaraq bazarda diqqət çəkib.

2024-cü ilin qlobal avtomobil bazarında elektrikli və hibrit texnologiyaların artan populyarlığı RAV4-ün liderliyə yüksəlməsinin əsas səbəblərindən biri olub

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi