Təbii qaz qlobal enerji balansında mühüm rol oynayır, elektrik enerjisi istehsalı, istilik təminatı və sənaye xammalı kimi geniş istifadə olunur. "Oil & Gas Journal" və ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatları əsasında dünyada ən böyük təsdiqlənmiş təbii qaz ehtiyatlarına malik ölkələrinin reytinqi açıqlanıb. "Təsdiqlənmiş ehtiyatlar" mövcud bazar qiymətləri ilə iqtisadi cəhətdən əldə edilməsi mümkün olan qaz yataqlarını ifadə edir.
Ən böyük təbii qaz ehtiyatlarina malik ölkələri (trilyon kub futla)
Ölkə |
Təsdiqlənmiş təbii qaz ehtiyatları (trilyon kub fut) |
Rusiya |
1,688 |
İran |
1,200 |
Qətər |
843 |
ABŞ |
615 |
Türkmənistan |
400 |
Səudiyyə Ərəbistanı |
336 |
BƏƏ |
290 |
Çin |
265 |
Nigeriya |
209 |
Venesuela |
195 |
Rusiya 1,688 trilyon kub fut təbii qaz ehtiyatı ilə dünyada ən böyük təsdiqlənmiş ehtiyatlara malikdir. Bu rəqəm İrandan 40 faiz çox, ABŞ-dan isə demək olar ki, 3 dəfə artıqdır.
İlk üçlükdə yer alan Rusiya, İran və Qətərin ehtiyatları dünya üzrə təsdiqlənmiş ehtiyatlarının 51 faizi təşkil edir. Dünya üzrə təxmini 7.3 kvadrilyon kub fut ehtiyatın 3.7 kvadrilyon kub futu bu ölkələrin payına düşür. Ümumilikdə, yuxarıda sadalanan ilk 10 ölkə qlobal ehtiyatların 83 faizdən çoxunu təşkil edir.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra təbii qaz əsas geostrateji mübahisə nöqtəsinə çevrilib. Bir vaxtlar Rusiya qazından asılı olan Avropa o vaxtdan bəri enerji mənbələrini şaxələndirmək və LNG idxalı infrastrukturunu qurmaq üçün ciddi səylər göstərir. Eyni zamanda, kömür və neftdən imtina prosesində təbii qaza keçid yanacağı kimi baxıldığı üçün qlobal tələbat güclü olaraq qalır.