Modern.az

Ukraynadan Azərbaycana riskli TƏKLİF

Ukraynadan Azərbaycana riskli TƏKLİF

İqtisadiyyat

14 İyul 2025, 17:33

Bakıda Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib. 

"Biz qaz sektorunda əməkdaşlığın yeni formatlarına açığıq. Ukrayna beynəlxalq qaz anbarı üçün öz yeraltı qaz anbarlarını təklif edir. Bizim yeraltı qaz anbarlarımız Avropada ən böyüyüdür və gömrük rejimi altında xarici şirkətlərin ixtiyarına verilir",- deyə komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko bildirib.

Modern.az-a açıqlamasında  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycan öz qazını saxlamaq istəsə, bunu Türkiyədə edə bilər:

“Bəli, Ukraynada ümumilikdə öz tutumuna görə Avropada ən böyük qaz anbarları mövcuddur. Səhv etmirəmsə, 17 belə qaz anbarı var. Ancaq Azərbaycan niyə orada qaz saxlasın? Azərbaycan qazı saxlamaq istəsə, öz yolunun üstündə - Türkiyədə saxlayar. Türkiyədə 6 milyard kub metr aktiv tutumu olan yeraltı qaz anbarı mövcuddur. İndi Dövlət Neft Şirkətinin alt qurumu olan Qazma Tresti yeni yeraltı qaz anbarı üçün Türkiyədə sifarişlər həyata keçirir. Təqribən 2 il yarıma Türkiyədə ikinci yeraltı qaz anbarı istifadəyə veriləcək. 10 milyard kubmetr həcmində qaz ehtiyatı saxlamaq üçün imkan yaranacaq".

İ.Şaban vurğulayıb ki, Ukraynanın təklifinin kommersiya mənfəətini hesablamaqla yanaşı, onun nə qədər stabil və təhlükəsiz olduğuna da diqqət yetirmək lazımdır:

"Biz Ukraynaya qazı necə daşıyıb verəcəyik. Biz nəyə görə enerji təhlükəsizliyi üçün böyük risklər tələb edən layihələrə yönəlməliyik? Avropa 2025-cü ildən Ukrayna üzərindən Azərbaycan qazının daşınmasını təklif etdi. Təbii, bütün bunlar Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq üçündür. Kommersiya mənfəətini hesablamaqdan başqa bunun nə qədər stabil və təhlükəsiz olmasına da diqqət yetirməliyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi