Modern.az

Bitcoin hara qədər yüksələcək? - Analitiklərdən fantastik proqnozlar

Bitcoin hara qədər yüksələcək? - Analitiklərdən fantastik proqnozlar

İqtisadiyyat

16 İyul 2025, 11:44

3 gün əvvəl Bitcoin 122 min dollar səviyyəsini aşaraq yeni tarixi rekorda imza atdı. Beləliklə, dünyanın ən böyük kriptovalyutası Amazonu geridə qoyaraq qlobal miqyasda ən dəyərli beşinci aktiv mövqeyinə yüksəlib. hazırda 118 min dollara satılan Bitcoinin qiyməti ilə bağlı  fantastik proqnozlar səsləndirilməkdədir.

CoinMarketCap analitik platformasının məlumatına görə qlobal kriptovalyuta bazarının ümumi dəyəri 3,2 faiz artaraq 3 trilyon 800 milyard dollara çatıb.

Bitcoinin belə sürətli yüksəlişi maliyyə dünyasında böyük rezonans doğurub. Bir çox aparıcı analitiklər və şirkətlər rəqəmsal valyutanın gələcək qiyməti ilə bağlı proqnozlarını açıqlayıblar.

ABŞ mərkəzli investisiya nəhəngi VanEckin rəqəmsal aktivlər üzrə tədqiqat rəhbəri Metyu Siqel, 2025-ci il üçün Bitcoinin ümumi hədəf qiymətini 180 min dollar olaraq göstərib.

Texniki analizlərə əsaslanan Fairlead Strategies şirkətinin qurucusu Katie Stockton yaxın dövrdə Bitcoinin 14%-lik əlavə yüksəliş potensialı olduğunu qeyd edərək hədəf qiyməti 134 min 500 dollar səviyyəsində müəyyənləşdirib.

Maliyyə bazarları üzrə tanınmış araşdırma platforması FinancialMagnates iyul ayı üçün baza ssenaridə 115 min dollar, nikbin ssenaridə isə 135 min dollar qiymət aralığını ehtimal edir.

Bernsteinin hazırladığı analizdə isə daha cəsarətli rəqəmlər yer alıb – analitiklər Bitcoinin 2025-ci ilin sonunadək 200 min dollara çatacağını bildiriblər.

CoinMarketCap da VanEckin proqnozunu təsdiqləyərək 2025-ci ildə 180 min dolların real hədəf ola biləcəyini vurğulayıb.

Kripto törəmə birjalarından biri olan Bitgetin tədqiqat direktoru Ryan Lee, Bitcoinin orta müddətdə 150 min dollara qədər yüksələ biləcəyini qeyd edib.

Daha uzunmüddətli baxışda isə Bitvays və Standard Chartered bankı birgə hazırladıqları qiymətləndirmədə 2025-ci ildə baza ssenaridə 200 min dollar, daha optimist - korporativ adaptasiya ssenarisində isə 500 min dollar səviyyəsini mümkün hesab edirlər.

Amerikalı texnologiya analitiki Gene Munster də bu proqnozlara qoşularaq 2025-ci ildə Bitcoin-in 150 min dollara çatacağını bildirib.

Bitcoinin tanınmış tərəfdarlarından biri, MicroStrategy şirkətinin qurucusu Michael Saylor Praqada keçirilən tədbirdə maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, təklif məhdudiyyəti və rəqəmsal qıtlıq amilləri nəticəsində Bitcoinin bir gün  21 milyon dollar dəyərində ola biləcəyini düşünür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi