Bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat investisiya yönəldilib.
Modern.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, investisiyaların 2320,5 milyon manatı neft-qaz sektorunun, 5,753 milyard manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb.
Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 1,162 milyard manatı (ümumi sərmayənin 14,4 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Cari ilin ilk yarısında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən investisiyanın 1,949 milyard manatı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.