Modern.az

Mərkəzi Bank bu MMC-nin lisenziyasını ləğv etdi

Mərkəzi Bank bu MMC-nin lisenziyasını ləğv etdi

İqtisadiyyat

18 İyul 2025, 10:10

Azərbaycan Mərkəzi Bankı (AMB) "Kashpay" əmtəə nişanının sahibi olan "Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli lisenziyanı ləğv edib.

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar təşkilatın fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən qəbul edilib.

Beləliklə, ödəniş bazarında lisenziyası olan təşkilatların sayı 27-yə düşüb. Hazırda 18 şirkət elektron pul təşkilatı, şirkət ödəniş təşkilatı, “AzəriCard” və "Millikart" MMC-lər isə ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalara malikdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi