Modern.az

Azərbaycanın xarici ticarətində qeyri-sabitlik

Azərbaycanın xarici ticarətində qeyri-sabitlik

İqtisadiyyat

18 İyul 2025, 10:28

Azərbaycan 2025-ci ilin ilk yarısını 1,35 milyard dollarlıq ticarət profisiti ilə başa vurub

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi bir sıra aylarda dəyişkənlik göstərsə də, ümumilikdə ölkə xarici ticarətdən 1 milyard 350 milyon dollardan çox profisit əldə edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Hesabat dövründə ümumi xarici ticarət dövriyyəsi 24 milyard 400 milyon dollar təşkil edib. Bunun 12 milyard 880 milyon dolları ixracın, 11 milyard 520 milyon dolları isə idxalın payına düşür.

Aylıq göstəricilərə nəzər saldıqda, yanvar ayı ən yüksək ixrac həcmilə yadda qalıb – bu ay ərzində 3 milyard dollardan çox ixrac reallaşıb və nəticədə 986 milyon dollardan artıq müsbət ticarət saldosu qeydə alınıb.

Fevral ayında isə ixracda ciddi azalma müşahidə olunub. Ay ərzində ixrac idxalı üstələyə bilmədiyindən, 357,5 milyon dollar məbləğində mənfi saldo yaranıb və bu, ilk altı ayda qeydə alınan ən yüksək ticarət defisiti olub.

Mart ayında ixrac göstəricisi 1 milyard 619 milyon dollar, idxal isə 1 milyard 525 milyon dollar təşkil edib. Beləliklə, 93,6 milyon dollarlıq müsbət saldo əldə olunub.

Aprel ayı ərzində ixrac artsa da, idxalın kəskin şəkildə – 2 milyard 470 milyon dollara qədər yüksəlməsi nəticəsində 71 milyon dollarlıq cüzi ticarət defisiti qeydə alınıb. Aprel həm də ilin ilk yarısında ən yüksək idxal həcminin qeydə alındığı ay olub.

May və iyun aylarında isə xarici ticarət ardıcıl olaraq müsbət saldo ilə yekunlaşıb. Mayda ixrac 2 milyard 216 milyon dollar, idxal isə 1 milyard 831 milyon dollar təşkil edib və 384,5 milyon dollar profisit yaranıb. İyun ayında isə ixrac 1 milyard 876 milyon dollar, idxal isə 1 milyard 557 milyon dollar olub. Bu ay üzrə 319,7 milyon dollar müsbət saldo qeydə alınıb.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi