Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olub.
Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olduq. Ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri və qtisadi əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük”, - deyə nazir bildirib.