Modern.az

Neft büdcə qiymətindən aşağı düşdü

Neft büdcə qiymətindən aşağı düşdü

İqtisadiyyat

23 İyul 2025, 09:44

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dolları, yaxud 2,58 % azalaraq 69,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?