Modern.az

Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə...

Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə...

İqtisadiyyat

23 İyul 2025, 16:52

Azərbaycanda avronun məzənnəsi iki manata yaxınlaşır. Bu gün Mərkəzi Bankın açıqladığı məzənnədə 1 avro 1,9949 manat olaraq göstərilib.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda avronun məzənnəsi ayrıca müəyyən olunmur. Manat əsasən dollar indekslidir, yəni məzənnə ABŞ dollarına bağlı şəkildə tənzimlənir. 

O bildirib ki, dolların digər valyutalara, o cümlədən avroya qarşı məzənnəsi dəyişdikdə, bu dəyişiklik dolayı yolla manata da təsir edir. 

“Belə ki, son dövrlərdə avro dollar qarşısında bahalaşdığı üçün paralel olaraq manat qarşısında da dəyər qazanır. Lakin avronun məzənnəsi bizdə birbaşa müəyyən edilmədiyi üçün onun təsiri məhduddur”. 

İqtisadçının sözlərinə görə, avro bahalaşsa da, 2025-ci il ərzində dolların məzənnəsində ciddi dəyişiklik olacağı gözlənilmir.

Aytac Bəhruzqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?