Modern.az

Azərbaycanda problemli kreditlərin məbləği ARTIB

Azərbaycanda problemli kreditlərin məbləği ARTIB

İqtisadiyyat

25 İyul 2025, 10:10

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat təşkil edib.

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 3,8 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 %, son 1 ildə isə 16,75 % artıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il iyunun sonuna isə 1,7 % olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış