Modern.az

Azərbaycan nefti 2 dollardan çox BAHALAŞDI

Azərbaycan nefti 2 dollardan çox BAHALAŞDI

İqtisadiyyat

31 İyul 2025, 09:07

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,13 ABŞ dollardan çox artıb. 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,13 ABŞ dolları, yaxud 2,97 % artaraq 73,64 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!