Modern.az

Suriya Azərbaycanın qaz tədarük etdiyi 14-cü ölkə oldu

Suriya Azərbaycanın qaz tədarük etdiyi 14-cü ölkə oldu

İqtisadiyyat

3 Avqust 2025, 18:50

Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha böyük oyunçuya çevrilir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Avronyus Turkish”ə deyib.

 

M.Cabbarov həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın regional və qlobal enerji bazarlarında getdikcə daha çox nüfuz qazandığını qeyd edib.

 

M.Cabbarov bildirib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub.

 

Bildirilib ki, Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb.

 

Qeyd edək ki, avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir