Modern.az

ADY Dərnəgül stansiyasının tikintisinə başladı

ADY Dərnəgül stansiyasının tikintisinə başladı

İqtisadiyyat

6 Avqust 2025, 12:56

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Layihə çərçivəsində stansiyada 4 ədəd platforma, 2 ədəd turniket binası inşa olunacaq.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır.

Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza