Modern.az

İpoteka kreditinin həcmi məlum oldu

İpoteka kreditinin həcmi məlum oldu

İqtisadiyyat

6 Avqust 2025, 17:32

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 984 borcalana 3,568 milyard manat kredit verilib.

Bu barədə Modern.az-a İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

7 751 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir