Modern.az

Bu problemli kreditlərin həcminin artmasının qarşısını ala bilər

Bu problemli kreditlərin həcminin artmasının qarşısını ala bilər

İqtisadiyyat

18 Avqust 2025, 15:23

Mərkəzi Bank kreditlərlə bağlı bir sıra qərarlar qəbul edib. Belə ki, artıq maaşın 5 qatından artıq kredit verilməyəcək, eləcə də kredit kartlarına limitlər qoyulub. Ötən gün verilən qərarda isə göstərilir ki, 1 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar istisna olmaqla digər məlumatlar hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar isə təqvim ili ərzində azı 1 dəfə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) təqdim ediləcək.

Mərkəzi Bank tərəfindən verilən qərarların hansı nəticələri doğruması, eləcə də hazırda Azərbyacanda kredit faizlərinin səviyyəsi diqqətçəkən məqamlardandır.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, iqtisadi inkişaf səviyyəsi Azərbaycanla ortaq aralıqda yerləşən ölkələrlə müqayisədə Azərbyacanda kredit faizi yüksəkdir:

“Eyni zamanda depozit və kredit faizləri arasında olan fərq ümumiyyətlə bu istiqamətdə fəaliyyətin marjası da hesab edirəm ki, yuxarı səviyyədədir. Kredit faizlərinin aşağı salınması praktiki olaraq müəyyən qədər mümkündür. Amma yaxın dövrlərdə bu prosesə şahidlik edəcəyimizi düşünmürəm”.

 Mərkəzi Bankın son qərarları ilə bağlı isə E.Əmirov bunları deyib:

“Qurumun rəhbərliyi görüşlərdə, hətta 2024-cü ildə bu təkliflə çıxış etmişdik. Sağ olsunlar Mərkəzi Bankın rəhbərliyi bu istiqamətdə bu cür nəticəyönümlü addımlar atdı. Çünki problemli kreditlərin içərisində istehlak kreditlərinin xüsusi çəkisi çox idi. Düşünürəm ki, bu qərar istehlak kreditlərinin verilməsində fərqli məqamları ortaya çıxarır və gələcəkdə problemli kreditlərin həcminin artmasının da qarşısını ala bilər. Eyni zamanda düşünürəm ki, qarşıdakı dönəmlərdə tədricən istehlak kreditlərinin verilmə şərtlərinə bir çox istiqamətlər üzrə baxılmalıdır. Bütün hallarda Azərbaycanda istehlak kreditlərinin həcmi biznes və digər kredit növləri ilə müqayisədə daha çox artır. Bu isə uzunmüddətli dövr ərzində müəyyən risk faktorlarını yaradır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal