Modern.az

Ötənilki büdcənin icrasına dair monitorinq - Nəticələr AÇIQLANDI

Ötənilki büdcənin icrasına dair monitorinq - Nəticələr AÇIQLANDI

İqtisadiyyat

18 Avqust 2025, 11:04

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələr açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Monitorinq nəticələri OMXÇ, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarını əhatə etməklə, qeyd olunan sektorlar üzrə strateji hədəflərin və nəticə göstəricilərinin icra vəziyyəti, tədbirlərin icrası üçün ayrılmış vəsaitlərin istifadəsi, onlar arasında uyğunluğun təhlili, metodoloji tövsiyələr və digər məsələləri əks etdirir.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 yanvar tarixli 49s nömrəli Sərəncamına əsasən hazırlanaraq dərc olunur.

Monitorinqin nəticələri ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

//www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/68a2ce087442d.pdf

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu