Modern.az

Turistlərə birdəfəlik gəlir mənbəyi kimi baxmaq sektora zərər vurur

Turistlərə birdəfəlik gəlir mənbəyi kimi baxmaq sektora zərər vurur

İqtisadiyyat

5 Sentyabr 2025, 12:40

Azərbaycanda turizm mövsümü başa çatmaq üzrədir.

Modern.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, turizm sahəsində çatışmazlıqların həlli istiqamətində dövlət mühüm addımlar atsa da, bəzi məkanlarda turistlərə yanaşma bu sahənin inkişafına əngəl yaradır.

Onun sözlərinə görə, bir çox tarix-memarlıq abidələrində və turizm obyektlərində turistlər “bir dəfəlik gəlir mənbəyi” kimi görülür. Şəkil çəkməyə qadağalar qoymaq və ya şəkil üçün əlavə ödəniş tələb etmək kimi hallar isə qısamüddətli qazanc psixologiyasının nəticəsidir.

“Dünyada ən çox ziyarət edilən Louvre muzeyində belə qadağalar tətbiq edilmir. Hər il milyonlarla turist çəkdikləri şəkilləri sosial şəbəkələrdə paylaşaraq həmin məkanın pulsuz reklamını edir. Biz isə hələ də bu potensialı düzgün istifadə edə bilmirik”, - deyə ekspert vurğulayıb.

Eldəniz Əmirov qeyd edib ki, həm dövlət sektorunda, həm də özəl müəssisələrdə turistlərə birdəfəlik gəlir yeri kimi baxmaq tendensiyası geniş yayılıb: “Sanki bu il son ildir, kim nə qədər pul qopara bilirsə, qoparsın. Belə yanaşma turizmin davamlı inkişafına zərbə vurur”.

Ekspert hesab edir ki, əgər bu münasibət dəyişməsə, Azərbaycan hələ uzun müddət 2019-cu ilin turizm göstəricilərini yalnız “xatirə” kimi yada salacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular