Modern.az

Azərbaycan nefti 2 dollar ucuzlaşdı 

Azərbaycan nefti 2 dollar ucuzlaşdı 

İqtisadiyyat

6 Sentyabr 2025, 10:20

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,99 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,99 ABŞ dolları, yaxud 2,86 % azalaraq 67,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular