Bu ilin yanvar-iyun aylarında Naxçıvan büdcəsinin gəlir və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən 85 milyon manat dotasiya ayrılıb.
Modern.az Hesablama Palatasına istinadən xəbər verir ki, bu təsdiq edilmiş illik dotasiya məbləğindən 200,7 milyon manat və ya 70,2% azdır.
Hesabat dövründə dövlət büdcəsindən ayrılmış dotasiya (85 milyon manat) və Məqsədli Büdcə Fondları (MBF) üzrə daxilolmalar (10,1 milyon manat) istisna olmaqla, Naxçıvan büdcəsinin cəmi daxilolmaları 118,1 milyon manat, xərcləri isə 197,2 milyon manat təşkil edib. Bununla da 79,1 milyon manatlıq büdcə kəsiri yaranıb.