Modern.az

“Borjomi” sularının Azərbaycana gətirilməsi dayandırılıb

“Borjomi” sularının Azərbaycana gətirilməsi dayandırılıb

İqtisadiyyat

19 Mart 2014, 11:04

Bakı mağazalarında bu suyun satışı məhdudlaşdırılıb


Gürcüstanın dünyaca məşhur mədən suyu “Borjomi”nin Azərbaycanda satışı dayanıb. Bir neçə gündür Bakıdakı mağazalarda “Borjomi” qəhətə çıxıb. Modern.az saytının araşdırması nəticəsində bəlli olub ki, Gürcüstandan Azərbaycana “Borjomi” suları idxal edilmir.

Məşhur mədən suyunun Gürcüstandan Azərbaycana idxalı ilə məşğul olan “Aquo Line LTD” şirkətinin nümayəndəsi Nihad Məhərrəmov Modern.az-a bildirdi ki, şirkət öz fəaliyyətini dayandırıb.

“Hazırda Gürcüstandan Azərbaycana “Borjomi” gətirilmir. Bizdə olan məlumata görə, bundan sonra onun idxalı ilə “Gilan Holdinq” məşğul olacaq. Artıq “Borjomi”nin Azərbaycana gətirilməsinə “Gilan Holdinq” baxır. Amma bundan sonra mineral suyun idxal olunub-olunmayacağını deyə bilmərəm”.   

“Gilan Holdinq”dən isə sözügedən məsələyə dair məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, ötən 2013-cü ildə Azərbaycanda 7 milyon şüşədən çox “Borjomi” mineral suyu satılıb.

Gültəkin ƏLƏSGƏR     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım