Modern.az

Kəmaləddin Heydərovun oğlu yeni şirkətin rəhbəri oldu

 Kəmaləddin Heydərovun oğlu yeni şirkətin rəhbəri oldu

İqtisadiyyat

22 Aprel 2014, 14:32


FHN rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov ilk dəfə rəsmən Azərbaycanda yaradılan kommersiya şirkətinin rəhbəri olub.

Turan xəbər verir ki, şirkətin ofisi Heydərovlara məxsus Kempinski Badamdar Baku hotelindədir. KİV-də bu yaxınlarda gedən məlumata görə, 17 fevralda “Sabah P&D International” MMC qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur.

Buna qədər London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci il) Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) təsisçisi, “Qəbələ” futbol klubunun prezidenti idi. Xaricdə United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri idi.

Modern.az

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi