Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına və nazirliyin tədbirlər planına uyğun olaraq aprelin 22-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti reyd keçirib. Modern.az saytı xəbər verir ki, reyd zamanı Sabunçu rayonunun Balaxanı qəsəbəsi Sarabski küçəsi 22-də yerləşən qeyri-qanuni fəaliyyət göstərən emal sexində 1200 kq, Abşeron raonu Quşçuluq massivindəki (Azbentonat zavodunun yaxınlığı) həyət evində 300 kq və Nizami rayonu Keşlə qəsəbəsindəki şəxsi həyət evində daha 300 kq toyuq ətinin qanunsuz təkrar emal edildiyi, ətin sümükdən çıxarıldığı, baytarlıq-sanitariya qaydalarına uyğun olmayan və lazımi temperatur rejiminə əməl edilmədiyi yerdə saxlandığı aşkar edilib. Bu məhsulların mənşəyinə dair heç bir müşayiətedici sənəd olmayıb.
Hər üç sexin məhsulundan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.