Modern.az

Azərbaycanda 9 milyon 720 min 600 mobil nömrə var

Azərbaycanda 9 milyon 720 min 600 mobil nömrə var

23 Aprel 2014, 13:26

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, Azərbaycanda ötən ilin nəticələrinə əsasən, mobil nömrələrin sayı  9 milyon 720 min 600 nömrə təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, onlardan 7 milyon 957 min 800 aktiv, 1 milyon 762 min 600-ü isə passiv nömrələrdir. Hazırda orta hesabla “Azercell  Telekom” şəbəkəsində mobil nömrə istifadəçilərinin sayı  4,5 milyon, “Bakcell” şəbəkəsində 2,8 milyondur. 2,4 milyon isə “Azerfon” şirkətinin şəbəkəsində istifadə edilən mobil nömrələrin payına düşür.

2012-ci ilin nəticələrinə əsasən, “Azercell Telekom” şirkətinin mobil nömrə istifadəçilərinin sayı 4,4 milyon, “Bakcell” istifadəçilərinin sayı 2,6 milyon, “Azerfon” şirkətinin istifadəçilərinin sayı 2 milyondan çox olub. 2013-cü ildə isə “Azerfon”un mobil nömrə istifadəçilərinin sayı 16%, “Bakcell” və “Azercell Telekom” şirkətlərinin mobil nömrə istifadəçilərinin sayı isə müvafiq olaraq  7,1% və 2,2% artıb.

Ötən ilin nəticələrini əsas götürərək demək olar ki, “Azercell Telekom” şirkətinin bazar payı 53,7%, “Bakcell”in bazar payı 28,8%, “Azerfon” şirkətinin bazar payı isə təqribən 25% təşkil edir.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım