Modern.az

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yevlax rayonunda regional seminar-müşavirə keçirib

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yevlax rayonunda regional seminar-müşavirə keçirib

İqtisadiyyat

24 Aprel 2014, 11:30

Respublikamızda yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə  yanğın hadisələrinin  qarşısının alınmasını, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasını  prioritet məsələ kimi  diqqət mərkəzində saxlayaraq müvafiq qabaqlayıcı tədbirləri davam etdirir. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti  Yevlax rayonunda «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirdiyi regional müşavirədə  dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr əsas müzakirə obyekti olub.

Seminar-müşavirədə  taxıl yığımına və ot tədarükünə hazırlıq,  dənli bitkilərin yetişmə  və  məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, 2013-cü  ildə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə  baş vermiş yanğın hadisələri təhlil edilib, onların səbəbləri açıqlanıb. 

Seminar-müşavirədə  yanğına qarşı təbliğat, maarifləndirmə işinə geniş yer verilərək Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin   əməkdaşları   dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərdən bəhs edən mühazirələri dinlənilib, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması  haqqında ətraflı söhbət açılıb, «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun yanğın təhlükəsizliyinin təmin olunması üçün vəzifəli şəxslər, kənd təsərrüfatı əməkçiləri, vətəndaşlar qarşısında  qoyduğu vəzifələr  barədə fikir mübadiləsi aparılıb.

Müşavirədə   dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə  yanğın hadisələrinin  qarşısının alınmasını, eləcə də meşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən səyyar foto-stendə baxış keçirilib, slaydlar nümayiş etdirilib, təsərrüfat və bələdiyyə nümayəndələrinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş 2 adda  yanğına qarşı təbliğat xarakterli plakatlar  paylanılıb.

Hikmət Xudiyev,
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım