““28 May” metrostansiyasının giriş-çıxışında gedən prosesin söküntü ilə əlaqəsi yoxdur. Sadəcə yerindən qopmuş, zədələnmiş mərmərlərin dəyişdirilməsi həyata keçirilir”. Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
“Metropolitenin struktura aid olan şəxslərlə həmin təmiri həyata keçirən şirkət nümayəndələri bir yerdə ümumi baxış keçiriblər. Müəyyən hissələrdə mərmərlərin sıradan çıxdığı görülüb.
Ümumiyyətlə, Zaur Hüseynovun hələ Tağı Əhmədovun dövründə həyata keçirilən təmir-tikinti işlərindən narazılığı olmayıb”, – deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, “28 May” stansiyasında söküntü işlərinin həyata keçirildiyi və bunun yeni sədr Z. Hüseynovun keçmiş sədr T. Əhmədovun gördüyü işləri bəyənmədiyindən etdiyi bildirilir.
Gülşən RAUFQIZI