Modern.az

Elektrik enerjisi bahalaşdı, İrəvan qarışdı - FOTOLAR

Elektrik enerjisi bahalaşdı, İrəvan qarışdı - FOTOLAR

1 İyul 2014, 15:25

Ermənistanda ev abonentləri üçün elektrik enerjisinin qiyməti avqust ayının 1-dən 9,9 faiz bahalaşacaq. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu haqda qərar respublikanın ictimai xidmətlərin tənzimlənməsi üzrə komissiyada qəbul olunub. Elektik enerjisinin qiymətinin bahalaşmasına etiraz edən ermənilər bu saatlarda paytaxt İrəvanda aksiya keçirirlər. Polislə aksiya iştirakçıları arasında zaman-zaman qarşıdurma da baş verir. Ermənistan müxalifətinin nümayəndələri hesab edirlər ki, elektrik enerjisinin bahalaşması əhalinin ölkədən çıxıb getməsi prosesini daha da sürətləndirəcək.









Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım