Hesablama Palatasının Kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, habelə “Azəriqaz” İstehsalat Birliyində vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri müzakirə olunub. Bu barədə Modern.az-a Hesablama Palatasının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, “Azəriqaz”a dair nəticələrin Milli Məclisinə təqdim olunması qərara alınıb. Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində vəzifəli şəxslər tərəfindən törədilən qanunsuzluqların haqda da Baş Prokurorluq və Milli Məclisinə təqdim edilib.
Gülşən RAUFQIZI