Modern.az

Prezident xalq şairinin kəndinə yol çəkdirdi - FOTO

Prezident xalq şairinin kəndinə yol çəkdirdi - FOTO

22 İyul 2014, 15:25


Ötən gün Yardımlı-Hamarkənd-Abasabad yolunun açılış mərasimi keçirilib. Vətəndaş Həmrəyliyi Patiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, açılış mərasimində icra başçısı Sevindik Hətəmovla bərabər, Yardımlının millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib.

S.Rüstəmxanlı 7 kəndi birləşdirən bu əhəmiyyətli yolun vacibliyindən, əhali üçün mühümlüyündən danışıb.

Deputat qeyd edib ki, Yardımlının bu kəndlərində insanlar uzun müddət yolsuzluq problemindən əziyyət çəkib və artıq yeni yolun çəkilişi bu çətinliyi arxada qoyub.

S.Rüstəmxanlı təklif edib ki, bu yeni yol Vərgədüz, Bürzümbül və Bilnə kəndlərindən keçməklə Lerikə qədər uzanarsa, əhalinin yolsuzluq probleminin aradan qalxmasında və bu dağ rayonunun sosial infrastrukturunda ciddi dönüş yaranar.

Təklif icra strukturu tərəfindən də dəstəklənib və layihənin davam etdirilməsi üçün müraciət edilməsi barədə məsləhətləşmələrə qərar verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Yardımlıya səfəri zamanı Xalq şairi Sabir Rüstəmxanlının doğulduğu kəndə yol çəkilməsi barədə sərəncam vermişdi. Bu sərəncamdan sonra 7 kəndi birləşdirənYardımlı-Hamarkənd-Abasabad yolunun inşası başlanılmışdı.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım