“Departamentə “20 Yanvar” metro stansiyasının keçidində yerləşən ticarət köşklərinin sökülməsi ilə bağlı göstəriş verilməyib”. Bunu Modern.az-a Bakı Şəhər İcra hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib. Onun sözlərinə görə, əgər belə bir göstəriş olarsa, sahibkarlara əvvəlcədən bu barədə xəbərdarlıq ediləcək və mətbuata da bu barədə məlumat veriləcək.
Qeyd edək ki, bu gün bəzi KİV-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektlərinin də söküləcəyi ilə bağlı məlumat yayılıb.
Rüfanə GÜNƏŞ