Modern.az

Məktəbli formalarının parçalarının hazırlanması “Gilan tekstil”ə həvalə ediləcək

Məktəbli formalarının parçalarının hazırlanması “Gilan tekstil”ə həvalə ediləcək

İqtisadiyyat

5 Avqust 2014, 16:24

“2015-ci ildə məktəbli formalarını Sumqayıtda “Gilan tekstil” şirkəti hazırlayacağı gözlənilir”. Bunu Modern.az-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdüri Etibar Əzimov deyib. Onun sözlərinə görə, hər tədris ilinin açılmasına 3 ay qalmış parçaları alınırdı, 45 gün qalmış formaların istehsalına başlanırdı. Lakin bu il tikiş işlərinə daha tez başlanılıb”.

E. Əzimov məktəbli formasının örnəyinin artıq hazır olduğunu qeyd edib. Şöbə müdiri bildirib ki, hətta bu işə türk mütəxəssislər cəlb olunub. Yeni formaların qiyməti hələ müəyyən olunmayıb. Xatırladaq ki, məktəbli formalarının parçaları  Türkiyənin “ Bossa” firması tərəfindən hazırlanır.  

Məltəm Talıbzadə


Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım