Rusiya baş naziri Dmitri Medvedev Avropa Birliyindən, ABŞ-dan, Avstraliyadan və Kanadadan idxal edilən bir çox məhsulun Rusiyaya gətirilməyəcəyini elan edib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, idxalı qadağan edilən məhsullar arasında mal əti, donuz əti, quş əti, meyvə-tərəvəz, süd və ağartı məhsulları var. Avqustun 7-si gecə saatlarından qüvvəyə minəcək qanun 1 il müddətində fəaliyyət göstərəcək. Hökumətin iclası zamanı çıxış edən Medvedevin sözlərinə görə, qadağalar uşaq qidalarına şamil edilməyəcək.
Xatırladaq ki, bundan öncə Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına cavab olaraq Vladimir Putin “Rusiya bazarının qorunması üçün xüsusi tədbirlər barədə” fərman vermişdi.
Vüqar İsmayılov