“Narazı olan sakinin evi sökülə bilməz. Bunu kim deyirsə yalan deyir”.
Yasamal Rayon İcra Hakmiyyətinin memarı Eyvaz Bağırov Modern.az saytına açıqlamasında belə deyib.
“Razı olmayan sakinlərin evinin söküntüsündən söhbət gedə bilməz. Ərazidə heç bir qarşıdurma da yoxdur”.
“Aznws.az”ın yaydığı məlumata görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevin tapşırığı ilə Bakının “Sovetski” adlanan ərazisində söküntü işlərinə ağır texnikalar cəlb edilib. Yasamal rayon 26-cı Polis bölməsinin əməkdaşları texnikaların qarşısını kəsən 6 qadını bölməyə aparıblar. Qadınların biri qışqıraraq, körpə uşağın evdə yatdığını bildirib. Yalvarıb ki, buldozerə verilən evindən heç olmasa, uşağı çıxarsınlar.
Gülşən RAUFQIZI