Modern.az

“Bakcell” abunəçiləri üçün pulsuz dəqiqələr müəyyənləşdirilib

“Bakcell” abunəçiləri üçün pulsuz dəqiqələr müəyyənləşdirilib

İqtisadiyyat

3 Sentyabr 2014, 21:13



Modern.az saytı xəbər verir ki, “Bakcell” abunəçilərinin “ExpressPay” vasitəsilə etdikləri ödəniş üçün pulsuz dəqiqələr müəyyənləşdirilib.

“ExpressPay” ödəniş terminalları vasitəsilə “Bakcell” nömrələrinə 10 manat və daha artıq ödəniş aparan abunəçilərə “ExpressPay” tərəfindən 5 dəqiqə danışıq vaxtı hədiyyə edilir.

Hədiyyəli dəqiqələr CİN abunəçiləri üçün nəzərdə tutulub. Digər tariflərdən istifadə edən “Bakcell” abunəçilərin nömrələrinə isə SMS vasitəsilə kod yollanır. Həmin kodu CİN abunəçisinin telefonundan 5555 qısa nömrəsinə göndərməklə hədiyyəli dəqiqələrdən yararlanmaq mümkündür.

Hədiyyəli dəqiqələr abunəçilər tərəfindən 3 gün ərzində istifadə oluna bilər.

“ExpressPay” sürətli ödəmələr sisteminin yaradılmasında başlıca məqsəd vətəndaşların bu ödəmə sistemi vasitəsilə ödənişlərini daha sürətli və daha rahat etməkdir.

 Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...