Modern.az

Zığ sakinləri İcra Hakimiyyətindən narazılıq edir

Zığ sakinləri İcra Hakimiyyətindən narazılıq edir

9 Sentyabr 2014, 12:15

Suraxanı rayonun Zığ qəsəbəsində  yaşayan əhali evlərinin uçmasından narahatdırlar. Sakinlər Modern.az-a bildirib ki, hazırda 105 ailə qəza vəziyyətində olan evlərdə yaşayır. Onlar bildirib ki, vaxtilə bu evlərin tikildiyi torpaq sahələrini onlara Suraxanı rayon İcra Hakimyyəti satıb, lakin hazırda evlər uçur və İcra Hakimiyyəti nümayəndələri bununla maraqlanmır.

“Satqıları torpaqlar sürüşmə zonasıdır, deyirlər ki, çıxın evlərinizdən. Biz hara gedək? İcra Hakimiyyəti bizi qəbul etmir və müraciətimizi nəzərə almırlar. Aksiya keçirmək istəyirik, polis güc tətbiq edir. Bizim səsimizi eşitmirlər və Prezidentə də çatdırmırlar”.

Suraxanı rayon İcra Hakimiyyətindən Modern.az-a bildirib ki, onların və Fövqəladə Hallar Nazirliyin də durumdan xəbəri var. 



Məltəm Talıbzadə

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım