Modern.az

“Bakıelektrikşəbəkə”dən şikayət məktubu ilə bağlı AÇIQLAMA

“Bakıelektrikşəbəkə”dən şikayət məktubu ilə bağlı AÇIQLAMA

İqtisadiyyat

26 Sentyabr 2014, 12:30

“Hər hansı problem varsa, müraciət əsasında araşdırılacaq. Bildiyim qədəriylə sayğacları var, sayğac əsasında da nə qədər elektrik istifadə edilibsə ödənməlidir”. Bunu Modern.az-a açıqlamasında “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bir qrup sahibkarın “Bakıelektrikşəbəkə”dən narazılıqla bağlı prezidentə ünvanladığı müraciətindən danışarkən söyləyib.

Onun sözlərinə görə, əgər borc ödənilibsə, heç bir problem yoxdur. “Bildiyiniz kimi, biz borclu abonentlərə xəbərdarlıq göndərmişdik. Xəbərdarlıqdan sonra borcunu ödəməyənlərə işıq verilişi təbii ki, dayandırlıb. Şikayət ünvanlayan sahibkarların da problemi araşdırılıb cavab veriləcək”.

“Əgər iş prosesində bizim əməkdaşlarımız tərəfindən hər hansı nöqsana yol verilibsə, o da araşdırılacaq, “Bakıelektrikşəbəkə” qanun çərçivəsində onlar haqqında ölçü götürəcək”, - deyə T.Mustafayev son olaraq vurğulayıb.

Qeyd edək ki, Qaradağ rayonu ərazisində mişar daşının istehsalı ilə məşğul olan daş karxanalarının bir qrup sahibkarı “Bakıelektrikşəbəkə” əməkdaşlarının qanunsuz əməllərindən Prezident İlham Əliyevə, eləcə də “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevə, həmçinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, sənaye və energetika naziri Natiq Əliyevə şikayət məktubu ünvanlayıb. Məktubda Bakıelektikşəbəkənin Ruslan və Canəhməd adlı işçilərinin qanunsuz əməllər törətdiyi iddia edilib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım