Modern.az

Dövlət Dəmir Yolları və Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş rejimə keçir

Dövlət Dəmir Yolları və Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş rejimə keçir

30 Sentyabr 2014, 14:31

“Sərnişindaşıma Departamenti hazırlıq işlərini yekunlaşdırıb. Oktyabrın 3-dən 8-ə qədər “Dövlət Dəmiryolu Yolları” gücləndirilmiş iş rejimində çalışacaq”. Bu barədə Modern.az-a “Dövlət Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, 20-yə qədər vaqon texniki baxışdan keçib, hər şey öz qaydasındadır. “Həmçinin hər hansı problem yaranarsa sərnişinlər növbəli iş rejimində çalışan növbətçilərə müraciət edə bilərlər”.

“Hər zaman olduğu kimi qərb istiqamətinə sərnişin sıxlığı artmaqdadır. Bu səbəbdən həmin istiqamətdə əlavə vaqonların sayını artırmışıq. Çalışacağıq ki, hər hansı problem yaranmasın”.

“Həmçinin bayram günlərində yük aparıb, gətirənlər də rahatlıqla öz yüklərini daşıya biləcəklər”, - deyə mətbuat xidmətinin rəhbəri son olaraq vurğulayıb.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az-a açıqlamasında bildirib ki, nazirlik bayram gününə 10 gün qalmış gücləndirilmiş iş rejiminə keçir. “Bütün strukturlarımız, o cümlədən  Beynəlxalq Avtovağzal, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Dövlət Dəmir Yolları bayram gününə tam hazırdır. Bayram günlərində sərnişin sıxlığının olacağını nəzərə alaraq gücümüz çatan qədər insanların sərbəst yerdəyişməsini təmin edəcəyik”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım