Modern.az

Azərbaycanın ilk sənaye portalı yaradılıb

Azərbaycanın ilk sənaye portalı yaradılıb

2 Oktyabr 2014, 15:28

Azərbaycanın ilk sənaye portalı (www.e-senaye.az) yaradılıb. "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərmivəsində yaradılan  elektron sənaye portalı "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin təşəbbüsüdür. Birliyin nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadə bildirib ki,  “Şəmsi Əsədullaev” xeyriyyə ictimai birliyi bu layihəni Prezident yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirir.

Cəsarət Hüseynzadə qeyd edib ki, bu ideya Azərbaycan Prezidenti İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il  Azərbaycan Respublikasında  "sənaye ili" elan edilməsi ilə bağlı yaranıb və layihə çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyindən də informasiya dəstəyi alınıb.

Elektron sənaye portalı çox fünksiyalı bir portal olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəsissələr üçün geniş imkanlar təqdim edir.

 Beləki, hər bir şirkət portalda qeydiyyatdan keçərək standart və  yaxud VİP üzüvlük statusu alır.

Üzvlük statusundan asılı olaraq, öz müəssisələri haqqında informasiyaları, xəbərləri, xidmətləri, məhsulları, fotosessiyaları və video çarxları birbaşa və ya sayt admini vasitəsi ilə bu portalda yayımlaya bilir. 

Layihə içraçıları tərəfdən 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-ə yaxın sənaye məhsulu haqqında materiallar ilkin olaraq elektron sənaye portalı bazasına daxil edilib. Bundan başqa müəsisələrin tanıtım və xəbər foto-video xəbərləri də bazaya daxil edilibr.



Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım