Modern.az

Eldar Quliyev: “Taxılın qiyməti artmayacaq”

Eldar Quliyev: “Taxılın qiyməti artmayacaq”

14 Oktyabr 2014, 13:33



“Azərbaycanda yaxın zamanlarda un və un məmulatlarının qiymətlərinin artımı gözlənilmir”. Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, deputat Eldar Quliyev məlumat verib. O bildirib ki, Azərbaycan hər zaman özü istehsal etdiyindən əlavə başqa ölkələrdən də taxıl alır.

“Ona görə də bu sahədə hər hansı bir problem gözlənilmir. Gördüyünüz kimi, hazırda taxılın, un və un məmulatlarının qiyməti qalxmayıb və bundan sonra da qiymət artımı gözlənilmir. Hesab edirəm ki, yaxın zamanlarda taxılın qiyməti qalxmayacaq”, – deyə E.Quliyev əlavə edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım